Milli Məclis Nizami Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi barədə qərarı təsdiqləyib

A- A A+

Milli Məclis Nizami Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi barədə qərarı təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının iyunun 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Nizami Abdulla oğlu Səfərov 1960-cı il noyabrın 30-da Bakı şəhərində doğulub. 1977–1982-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "fərqlənmə" diplomu ilə bitirib, hüquq elmləri doktorudur. O, Beynəlxalq Cinayət Məhkəməsinin problemləri üzrə Roma tədqiqat qrupunun üzvü, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Terrorçuluqla mübarizə problemi üzrə xüsusi məruzəçisidir.

Qərar layihəsi səsvermədən sonra qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: