Naxçıvanda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Anar Aqilov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Mədəniyyət İdarəsinin müdiri Elşən Xəlilov, Təhsil Şöbəsinin müdiri Baba Əliyev, Vətən müharibəsi qaziləri, ümumtəhsil məktəblərinin çağırışaqədərki hazırlıq müəllimləri və çağırışyaşlı gənclər iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov “Heydər Əliyev İli”ndə Ümummilli Liderin ordu quruculuğu sahəsində gördüyü işlərin və misilsiz xidmətlərin qürurla xatırlandığını qeyd edib.

Mirsənani Seyidov bildirib ki, Milli Qurtuluşdan başlanan Zəfər yolu bu gün xalqımızı tarixi Qələbə gününə çatdırıb. Heydər Əliyevin ən böyük arzusu Qarabağın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi.

Ulu Öndərin arzusunu şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımız düşmən işğalından azad edilib. Artıq 3-cü ildir ki, müstəqil Azərbaycan Zəfər Bayramının sevincinə bürünüb.

Digər çıxış edənlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Anar Aqilov və Vətən müharibəsi qazisi Arif Niftəliyev Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu sahəsindəki tarixi fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Yekunda iştirakçılara “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı qısametrajlı film təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: