Azərbaycanın Ordusunun qanunsuz erməni hərbi birləşmələrin istehkamlarını məhv etməsinin görüntüləri yayılıb - VİDEO
Azərbaycanın Ordusunun Qarabağ bölgəsində ermənilərin qanunsuz hərbi birləşmələrinin istehkamlarını məhv etməsinin görüntüləri yayılıb.
NUHÇIXAN-ın məlumatına görə, qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.
Bütün bunlar bir daha sübut edir ki, Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Məhz həmin səbəbdən qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi vacibdir.