Dövlət Departamenti: “Azərbaycan və Ermənistan arasında danışıqlar konstruktiv keçir”

A- A A+

“ABŞ Dövlət Departamentində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir və danışıqlar konstruktiv keçir”.

NUHÇIXAN-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Katibi Antoni Blinken bu gün görüşün nəticələri ilə bağlı açıqlama verəcək:

“ABŞ Dövlət Katibi Antoni Blinken bu gün yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə təkbətək, sonra onların ikisi ilə birlikdə görüş keçirəcək. O, daha sonra görüşün nəticələri ilə bağlı da danışacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: