“Ermənistan regionun ekosistemini məhv etmək, Araz çayını çirkləndirmək və insan sağlamlığını təhlükə altına almaq potensial təhlükəsi olan metallurgiya zavodunun tikintisindən imtina etməlidir”.
NUHÇIXAN-ın məlumatına görə, bunu Cammu və Kəşmir bölgəsindən olan hüquq müdafiəçisi və fəalı, Beynəlxalq İnsan Haqları Komissiyasının könüllüsü Məhəmməd Hüseyn Lon deyib.
“Biz BMT və digər beynəlxalq humanitar təşkilatları bu cür ekoloji pozuntulara cavab verməyə və Ermənistanı tikintini dayandırmağa çağırırıq. Bu cür istehsal zamanı müşayiət edilən zəhərli tullantılar və ağır metallardan insanlar əziyyət çəkəcək”,- deyə o vurğulayıb.
Azərbaycana bu məsələdə hərtərəfli dəstəyini ifadə edən fəal bildirib ki, transsərhəd zonalarda belə müəssisələrin tikintisi diqqətlə öyrənilməlidir.