ABŞ-ın Nevada ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bəyannamə imzalayıb

A- A A+

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik Bəyannaməsi imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş təbrik Bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.

Qeyd edək ki, bu, Nevada ştatının qubernatoru B.Sandoval tərəfindən Azərbaycana dair imzalanmış ilk Bəyannamə deyil. Belə ki, qubernator 2017-ci ildə Xocalı soyqırımı ilə də bağlı Bəyannamə imzalayaraq bu faciəni pisləmişdi.

Respublikaçılar Partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: