İran XİN-in başçısı: "Cənubi Qafqazdakı bütün problemlər sülh və danışıqlar yolu ilə həll oluna bilər"
İnanırıq ki, Cənubi Qafqazdakı bütün problemlər sülh və danışıqlar yolu ilə həll oluna bilər.
NUHÇIXAN xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan jurnalistlərə müsahibəsində deyib.
“İran və Azərbaycan xalqları regionda demək olar, ən çox ortaq məxrəcə malik xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müştərək əlaqələri yenidən bərpa edə bilərik. İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq”, - deyə nazir qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunan Hüseyn Əmir Abdullahiyan görüşdə regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələrin aparıldığını vurğulayıb.