“Ermənistanda saxlanılan hərbçilərimizlə bağlı qəti etirazımızı bildirmişik və bütün tərəfdaşlarımıza mütəmadi olaraq bu haqda məlumatları çatdırırıq”.
NUHÇIXAN-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, Ermənistanda saxlanılan hərbçilərimizlə bağlı məhkəmənin keçirilməsi və hökmün çıxarılması beynəlxalq hüquq normalarına ziddir.