AMB-nin Naxçıvan idarəsinin rəhbərinin vəzifəyə təyin edilməsi qaydasına dəyişiklik III oxunuşda təsdiq edilib

A- A A+

Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dəki idarəsinin rəhbərinin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi təklif olunur.

NUHÇIXAN-ın xəbərinə görə, bu, “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, AMB idarə rəhbərinin Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: