Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ilə İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Ronen Levi-Maoz arasında görüş keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin tviter səhifəsində paylaşım edilib.
“Bu gün İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Ronen Levi-Maoz ilə çox məhsuldar görüş keçirdik və iki ölkə arasında əməkdaşlıq çərçivəsində bir çox ikitərəfli məsələləri müzakirə etdik”, - paylaşımda deyilir.