Rusiya XİN Vaşinqtonda əldə olunan irəliləyişi alqışlayıb və yeni addımlar atacağını açıqlayıb

A- A A+

“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda keçirilən danışıqlarda əldə olunan irəliləyişi alqışlayırıq”.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 6-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiya regionda gərginliyi azaltmaq üçün Ermənistan və Azərbaycanla əlaqə saxlayır: “Biz həm siyasi müstəvidə, həm də sülhməramlılar vasitəsilə prosesə töhfə verməyə çalışırıq”.

M. Zaxarovanın sözlərinə görə, çox şey tərəflərin özündən asılıdır: “Biz öz tərəfimizdən bütün lazımi addımları atırıq”.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan iyunun 27-də Vaşinqtonda görüşüblər. Üç gün davam edən görüş ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: