Ceyhun Bayramov: “Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır”

A- A A+

“Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır”.

NUHÇIXAN-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, toplantıda səsləndirilən fikirlər üzərində müzakirələr aparılacaq: “Hazırda bəşəriyyət beynəlxalq təhlükəsizlik sistemində müəyyən problemlərlə üzləşib. Bu səbəbdən birgə çağırışların edilməsi vacibdir. Bu istiqamətdə aktivlik nümayiş etdirmək lazımdır. Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır”.

Nazir Qoşulmama Hərəkatına üzv dövlətlərin sayının 121-ə çatmasını arzu edib: “Hərəkata üzv dövlətlərinin sayının artması beynəlxalq arenada etibarlılığı və hərəkətliliyi göstərəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: