Azərbaycanla münasibətlərimiz Ümummilli Lider Heydər Əliyevin dövründən inkişaf etməyə başlayıb.
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı Sudan Respublikasının xarici işlər naziri Əli Əl-Sadiq Əli deyib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı çox nümunəvi işlər gördüyünü diqqətə çatdıran nazir qeyd edib: “Məhz buna görədir ki, Azərbaycanın üzvlüyü bir il daha uzadıldı. Azərbaycan təsisata üzv ölkələr arasında əməkdaşlığı da gücləndirdi”.