Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri bu ölkənin aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

NUHÇIXAN xəbər verir ki, BELTA informasiya agentliyi, “Belarus seqodnya” qəzetinin rəsmi saytı Prezident İlham Əliyevin səfərinə dair 40-a yaxın məqalə yayıb. “Sputnik” agentliyi, “Komsomolskaya Pravda”, “Arqumentı i faktı” “Narodnaya qazeta”, “Respublika” qəzetləri, “Belarus 1”, “NTV Belarus” və digər telekanallar, yazılı mətbuat orqanları dövlətimizin başçısının Belarusa səfərinin əhəmiyyəti barədə geniş məlumatlar yayıblar.

Qeyd edilib ki, bu səfər iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır. Yayılan məqalə və süjetlərdə Azərbaycan-Belarus əməkdaşlığından, strateji xarakter daşıyan tərəfdaşlıqdan, əlaqələrin genişləndirilməsində Prezident İlham Əliyevin xidmətlərindən, iki ölkə arasında olan dostluq, qarşılıqlı hörmət və dəstəkdən bəhs edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: