Faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Moskvada hərbi parad keçirilir

A- A A+

Moskvada, Qızıl Meydanda Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr olunmuş hərbi parad keçirilir.

NUHÇIXAN xəbər verir ki, parada Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov və müdafiə nazirinin vəzifələrini icra edən Sergey Şoyqu rəhbərlik edirlər. Hərbi parada 13 min hərbçi, 150 döyüş texnikası, 75 hərbi təyyarə və helikopter cəlb olunub.

Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandır Vuçiç, İsrailin Baş naziri Binyamin Netanyahu, Rusiyanın dövlət və hökumət rəsmiləri parada baxırlar.

Prezident Vladimir Putin hərbi paradda çıxış edərək bildirib ki, Rusiya dünyada baş verən təhdidlərin ciddiliyini anlayır və təhlükəsizlik məsələlərinə dair dialoqa hazırdır. Müharibə həyat üçün təhdiddir. Müharibənin hər bir evə, ailəyə bədbəxlik gətirdiyini, uşaqları yetim qoyduğunu deyən Rusiyanın dövlət başçısı Böyük Vətən müharibəsində həlak olanların xatirəsinin daim anılacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: