Rumıniya mediası BQXK avtomobilləri ilə Azərbaycana qaçaqmal keçirilməsi cəhdlərindən yazır

A- A A+

Rumıniyanın “News24hours” xəbər portalı, “Ultima Ora” qəzeti, “AmosNews” informasiya agentliyi Laçın buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələri ilə qaçaqmalların keçirilməsi cəhdləri barədə xəbərlər yayıb.

NUHÇIXAN-ın məlumatına görə, xəbərlərdə qeyd olunur ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başladığı vaxtdan BQXK-ya məxsus avtomobillərin hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitələri ilə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Qanunazidd əməllər dəfələrlə təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.

Bildirilir ki, qeyd edilən faktlarla əlaqədar Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın buraxılış məntəqəsindən keçid müvəqqəti dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: