Azərbaycan ilə Ermənistan arasında delimitasiya üzrə komissiyaların dördüncü görüşü keçirilib

A- A A+

İyulun 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: