MN: Ermənilərin mövqelərimiz qarşısında fortifikasiya qurğuları quraşdırmaq cəhdlərinin qarşısı alınıb
Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, iyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.