Dövlət Sərhəd Xidməti (DSX) rəisinə yeni müavin təyin edilib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, general-leytenant Rəsul Tağıyev DSX-nin rəisinin şəxsi heyətlə iş üzrə müavini təyin edilib.
Qeyd edək ki, Rəsul Tağıyev bundan əvvəl DSX Çevik Hərəkət Qüvvələrinin komandanı olub.