Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı uzadılıb

A- A A+

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın mandatının 1 il müddətinə uzadılması barədə qərar qəbul edilib.

NUHÇIXAN Aİ Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, xüsusi nümayəndənin mandatı 2024-cü il avqustun 31-dək uzadılıb.

Qeyd edək ki, T.Klaar 2017-ci il noyabrın 13-də bu vəzifəyə təyin olunub. Onun vəzifəsinə regionda münaqişələrin sülh yolu ilə həllinə yardım göstərmək, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlığı təşviq etmək daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: