Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında Su-25 hücum təyyarələrinin modernizasiyasına dair anlaşma imzalanıb.
NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, imzalanma mərasimi İstanbul şəhərində keçirilən “IDEF - 2023” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində baş tutub.
Sənədi Azərbaycan Respublikasının müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini Aqil Qurbanov və “TUSAŞ” şirkətinin Baş meneceri Temel Kotil imzalayıblar.