Hakan Fidan: “Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır”
“Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır”.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verir: “Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki ölkəni maraqlandırmır. Bu, qlobal əhəmiyyətli məsələdir”.
H.Fidanın sözlərinə görə, gələn il Avropada enerji böhranı yarana bilər.