David Tonoyan Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətinə görə özünü günahkar bilib

A- A A+

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ölkəsinin 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinə görə özünü günahkar bilib.

NUHÇIXAN xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada çıxışı zamanı danışıb.

D.Tonoyan deyib ki, müharibənin qarşısını almağı və döyüşləri dayandırmağı bacarmayıb.

Sabiq nazir hazırda Ermənistan parlamentində yaradılan komissiyada dindirilir.

Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: