Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin davam etdirilməsinə münasibət bildirib

A- A A+

Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özünü daha qabarıq şəkildə göstərməkdədir.

NUHÇIXAN-ın məlumatına görə, bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.

Qeyd edilib ki, son zamanlar müxtəlif əsassız bəyanatlar verilməsi, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə ermənilərdə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı qatı mənfi fikirlər formalaşdırılması, sülh və birgəyaşayışın mümkün olmamasına dair fikirlərin ortaya atılması Ermənistan hakimiyyətinin Azərbaycanla sülh əldə edilməsində maraqlı olmadığını göstərir.

"Hesab edirik ki, xüsusilə hazırkı postmüharibə dövründə xalqlar arasında nifrətin qızışdırılması, nifrət nitqinin geniş yayılması, insanların etnik mənsubiyyətinə görə alçaldılması kimi hallar yolverilməzdir və bu tendensiyaların qarşısının alınması üçün zəruri addımlar atılmalıdır", - paylaşımda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: