Çunçin şəhərinin nümayəndə heyəti Naxçıvana səfərə gəlib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verirÇin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri davam edir.

Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Muzeyi ilə tanış olan qonaqlara məlumat verilib ki, muzeydə ulu öndərin həyat və fəaliyyətini əks etdirən minlərlə dəyərli eksponat sərgilənir. Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyan muzeyin xatirə kitabına ürək sözlərini yazıb, xatirə fotosu çəkdirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Mirsənani Seyidov qarşılıqlı əlaqələrin inkişafı baxımından səfərin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün keçirilən görüşlər artıq bir çox sahələrdə əldə olunan inkişafın daha da genişlənməsinə şərait yaradacaq.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra yeni təkliflərin irəli sürülməsindən məmnunluğunu bildirib. Vüqar Abbasov yeni layihələrin icrası istiqamətində Çunçin şəhərində planlaşdırılan növbəti görüşdə konkret nəticələrin əldə olunacağına əminliyini bildirib.

Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyan Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına dair Memoranduma əsasən pandemiyadan sonra icrası nəzərdə tutulan məsələlərin həlli baxımından görüşü əhəmiyyətli hesab edib. Qardaşlaşmış hər iki şəhərin ortaq cəhətləri olduğunu diqqətə çatdıran qonaq dostluq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin muzeyi ilə tanışlıq olub. Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrünə aid dəyərli eksponatlar qonaqların diqqətinə çatdırılıb, xatirə fotosu çəkdirilib.

Çin Xalq Respublikasından gələn qonaqların Naxçıvan səfəri Heydər Əliyev muzeyi ilə tanışlıqla davam edib. Qonaqlar Dövlət Rəsm Qalareyasında da olub, Miniatür Kitablar Muzeyinə baxıblar. Muzeydə Çin mədəniyyətinə və ədəbiyyatına dair sərgilənən nümunələr qonaqlarda xüsusi maraq oyadıb.

Röyal Məmiyev

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: