Azərbaycan Hərbi Prokurorluğu: “Əsrlər boyu ermənilər sistemli və planlı şəkildə vəhşiliklər törədiblər”

A- A A+

“Əsrlər boyu ermənilər öz çirkin niyyətlərinə nail olmaq məqsədi ilə millətçiliyi, qonşu türk xalqına qarşı nifrət ideologiyasını rəhbər tutaraq sistemli və planlı şəkildə vəhşiliklər törədiblər”.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin rəisi Emin Tağıyev deyib.

Şöbə rəisi bildirib ki, ermənilər mərhələli olaraq 10 minlərlə kvadratkilometr Azərbaycan ərazilərinin zəbtinə, 100 minlərlə azərbaycanlını doğma torpaqlarından deportasiya ediblər. Eyni zamanda işğal olunmuş ərazilərdə süni yollarla müxtəlif ərazi vahidləri, o cümlədən erməni dövlətinin yaradılmasına müvəffəq olublar.

Onun sözlərinə görə, təkcə 20-ci əsrin sonlarında erməni millətçiləri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilib:

“19 mindən artıq şəxs yaralanıb, 877 şəhər, kənd, qəsəbə qarət edilərək dağıdılıb, yandırılıb. 600-dən artıq tarixi mədəniyyət abidələri məhv edilib, daşınması mümkün olan tarixi abidələr Ermənistana aparılaraq sonradan dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb. Bir milyondan artıq əhali məcburi qaçqın, köçkünə çevrilib, torpaqlarımız zəbt olunub”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: