IV Yay Düşərgəsinin iştirakçıları beynəlxalq təşkilatlara Ermənistanın müharibə cinayətləri ilə bağlı müraciət ünvanlayıblar

A- A A+

“Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildiriblər ki, aksiya çərçivəsində Ermənistanın mina xəritələrini və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılar haqqında informasiyaları Azərbaycana təqdim etməməsinə, 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora etiraz bildirilib.

Düşərgə iştirakçıları bununla bağlı BMT-yə, Avropa Şurasına, Avropa İttifaqına, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına yüzlərlə məktub göndəriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: