Komissiya: "Ermənilər azərbaycanlı əsir və girovların meyitlərini çirkab suların yığıldığı quyuya atıblar”

A- A A+

“İşgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə Şuşa həbsxanasının ərazisində çirkab sularının yığıldığı quyuya atılıb”.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

O bildirib ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb:

“Həmin sümük qalıqlarından 11-i tam, 6-sı isə insan skeletinin müxtəlif fraqmentləridir. İnsan qalıqlarının aşkarlandığı məzarlıq Şuşa həbsxanasının ərazisində çirkab sularının yığılması üçün quyu olub. İşgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə həmin quyuya atılıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: