Xankəndidən gələn erməniəsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana keçidi təmin edilib
Erməniəsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
NUHÇIXAN-ın məlumatına görə, Xankəndidən gələn erməniəsilli 61 nəfər "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçib.
Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst hərəkətləri təmin olunub.
Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.