Sabah Laçının Zabux kəndinə ilk köç başlayır

A- A A+

Laçın rayonunun Zabux kəndinə köç başlayır.

NUHÇIXAN-ın məlumatına görə, avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında olacaq.

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: