Azərbaycan səfiri Türkiyə Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

A- A A+

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ökənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Vurğulanıb ki, R.Məmmədov yeni vəzifəsində M.Güraka uğurlar arzulayıb.

R.Məmmədov isə özünün “X” hesabında yazıb ki, görüş zamanı tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub:“Əməkdaşlığın inkişaf edən xətlə davam edəcəyinə inanırıq”.

Qeyd edək ki, M.Gürak avqustun 3-də Türkiyə Ordusunun Baş Qərargah rəisi təyin olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: