Mülki ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb

A- A A+

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

NUHÇIXAN xəbər verir ki, bu gün məntəqədən Gorus-Xankəndi istiqamətində BQXK-ya məxsus ümumilikdə 10 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində 38 nəfər şəxs olub. Onlardan 5-i BQXK-nın üzvü, 10-u sürücü, 15 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 2 nəfəri isə tibb işçisidir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: