Hikmət Hacıyev: "Azərbaycan baryerlər yaradan ölkələrdən fərqli olaraq yollar salır"

A- A A+

“Azərbaycan baryerlər yaradan ölkələrdən fərqli olaraq yollar salır”.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

“Zəngilan hava limanından Laçına gedən yolda yeni yol salınır. Azərbaycan baryerlər və maneələr yaradan digər ölkələrdən fərqli olaraq yollar inşa edir və nəqliyyat əlaqələrini yaxşılaşdırır. Yol mədəniyyətdir və sivilizasiyanın əsas komponentidir!”,- paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: