Araik Arutyunyanın feysbuk səhifəsi silinib

A- A A+

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçı-terrorçu rejiminin tör-töküntülərinin rəhbəri Araik Arutyunyanın rəsmi feysbuk səhifəsi Azərbaycan tərəfinin davamlı şikayətləri nəticəsində silinib.

Bu barədə NUHÇIXAN Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onun səhifəsinə bir neçə ay ərzində aktiv şikayətlər daxil olub, nəticədə səhifədə yazıların görünməsinin azalması, müxtəlif funksiyaların əlçatmazlığı şəklində tədricən məhdudiyyətlər tətbiq edilib. Son şikayətlər nəticəsində avqustun 26-da səhifə tamamilə əlçatmaz olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: