Ağasının üzünə ağ olan ermənilər

A- A A+

Başlığı bu cür seçməyin daha uyğun olduğunu düşündüm. Ona görə ki, hər zaman başqa xalqların əlinin altında yaşayaraq sonda həmin xalqa xəyanət edən xainlərə ancaq bu başlıq yaraşar.

Çar Rusiyası dövründən Cənubi Qafqazda peyda olmağa başlayan ermənilər Azərbaycan torpaqlarında məskunlaşandan sonra buranın yerli əhalisindən daim qayğı görüblər. Azərbaycan xalqı qonaqpərvərlik və humanistlik göstərərək bir ovuc erməniyə hər zaman əl tutub. Bəs ermənilər bu qayğıya necə cavab veriblər? Əlbəttə ki, xəyanətlə!

44 günlük Vətən müharibəsindən sonra biabırçı məğlubiyyətlə barışmayan erməni terrorçuları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və xüsusilə də Rusiyanı münaqişəyə cəlb edə bilməyəcəklərini görüb qiblələrini Qərbə doğru çevirməyə başladılar. Avropanın müşahidə missiyası adı altında Ermənistana pensiyaya çıxmış fransız polisləri və silahlı qruplar cəlb edildi. Əlbəttə ki, bununla da kifayətlənməyən ermənilər öz hərbi-siyasi məğlubiyyətlərinin günahını Rusiyada və onun sülhməramlı kontingentində axtarırlar.

Hətta Qarabağdakı separatçıların “Humanitar böhran” şousuna Fransadan “dəstək” alınması və Rusiya sülhməramlı kontingentinin erməni hücumuna məruz qalması öz ağasının üzünə ağ olmaqla yeni ağaya sitayişin nəticəsidir. Əslində separatçıların yeni ağası dediyimiz Fransa 30 il ərzində həmişə kiçik bacısı Ermənistanın dəstəkçisi olub. İndi də Afrikadan qovulmuş Fransa itmiş nüfuzunu Ermənistanda və bir az da irəli gedərək Cənubi Qafqazda qazanmağa çalışır. Amma, necə deyərlər, daha gecdir! Getdi o qatar!

İndi Azərbaycan Respublikası öz suveren ərazisində yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım karvanı göndərib. Əlbəttə ki, bu da Azərbaycan hökumətinin və dövlətinin legitim hüququdur. Bir sözlə, uşaq qatili Ermənistanın və əli milyonlarla afrikalının qanına batmış Fransanın “Qarabağda humanitar böhran var” deyərək boğazlarını yırtması heç nəyi dəyişməyəcək.

Bir qrup separatçının əsirinə çevrilmiş Qarabağda yaşayan bir ovuc erməniəsilli Azərbaycan Respublikasının vətəndaşı tezliklə suveren ərazisində yaşadıqları ölkəmizin şəxsiyyət vəsiqəsilə təmin olunacaqlar. Əgər bu şərəfə kimsə nail olmaq istəmirsə, özünü  Azərbaycan Respublikasının vətəndaşı adının şərəfindən məhrum edirsə, rədd olub gedib ağalarının himayəsində olan müstəmləkələrdə yaşaya bilər. Çünki bundan sonra erməni xəyanəti ilə növbəti terror və təxribatlar olmamalıdır. Artıq erməni xəyanətindən bezmişik.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: