Selçuk Bayraktar: "Qardaş coğrafiyalarımızda milli texnologiyaların inkişafı üçün hər zaman bərabər olacağıq"
"Türkiyədə əl-ələ verərək bütün çətinliklərin öhdəsindən gəlirik. Qardaş coğrafiyalarımızda tam müstəqil milli texnologiyaların da inkişafı üçün hər zaman birlik-bərabərlik içində olacağıq".
NUHÇIXAN-ın məlumatına görə, bu fikirləri "Baykar" şirkətinin Texniki direktoru Selçuk Bayraktar Ankarada keçirilən "TEXNOFEST 2023" festivalında bildirib.
Onun fikrincə, sürətlə inkişaf edən texnologiyalardan elə şəkildə istifadə olunmalıdır ki, bu, ilk növbədə, insanlığa xidmət etsin.
"Mənəvi dəyərlərimizə söykənib texnologiyanı elə şəkildə irəlilətməliyik ki, əxlaqi dəyərlərimizi unutmayaq, süni intellektin girdabına düşməyək. "TEXNOFEST"də reallaşdıracağımız hər bir layihədə, ilk növbədə, bu amili rəhbər tutmalıyıq", - deyə Selçuk Bayraktar qeyd edib.