Üç ildir davam edən sülh prosesi var. Sülh danışıqları zamanı humanitar böhran yaratmaq səyləri sülhə kömək etməyəcək, əksinə, bu prosesi dayandıracaq. Əgər məsələ ərzaqdırsa, o zaman bunun Azərbaycanın təklif etdiyi ərazi daxilində həll yolu var.
NUHÇIXAN xəbər verir ki, bunu diplomatik korpus nümayəndələri ilə Ağdam-Xankəndi yoluna səfər etmiş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
“Söhbət humanitar böhrandan gedirsə, Xankəndi ilə aramızdakı yol ən qısa məsafədir. Əgər hansısa ehtiyac varsa, bununla bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar addım atıb, yük maşınları ilə un gətirib. Bunun qəbul edilməsi lazımdır”, - deyə o əlavə edib.
Cahit Bağçı bildirib ki, Türkiyə Azərbaycanın bu istiqamətdəki səylərini sona qədər dəstəkləyir.