Son dövrlər erməni terrorçularının tez-tez təxribatlara əl atması Azərbaycanın parlaq zəfəri ilə bitmiş münaqişənin yenidən alovlanmasını gündəmə gətirirdi. Ermənistanın öz havadarlarına arxalanaraq genişmiqyaslı təxribatlara hazırlaşması onu deməyə əsas verir ki, regionda sülhü istəməyən qüvvələrin bu işdə barmağı var. Həm də Azərbaycanın suveren ərazisində yaşayan bir ovuc erməninin guya ki, “acından öldüyü” yalanını dünya ictimaiyyətinə sırımasına Fransanın timsalında erməni lobbisinin oyuncağına çevrilmiş bir sıra Qərb dövlətlərinin nümayəndələrinin dəstək verməsi təxribatlara hazırlığın göstəricisi idi. Görünən odur ki, Azərbaycanın qələbəsini həzm edə bilməyənlər erməni lobbisindən yaxşıca pul qopara biliblər. Bütün bu olanlar rüşvət müqabilində ciblərini dolduran Qərbin ermənipərəst “rəsmi”lərinin təhrikindən qaynaqlanır. Rusiyalı hərbi ekspert İqor Korotçenkonun dediyi kimi “Fransa Qarabağda müharibəni alovlandırır”.
Hazırda Kəlbəcər istiqamətində vəziyyət gərgin olaraq qalmaqdadır. Ermənistan silahlı qüvvələrinin pilotsuz uçuş aparatlarından, artilleriya sistemlərindən və minaatanlardan istifadə edərək vəziyyəti gərginləşdirməsi ilə yanaşı, cəbhə xəttinə əlavə qüvvə cəmləşdirməyə çalışması Ermənistan hakimiyyətinin bölgədə daimi sülhə hazır olmadığını və revanş hissi ilə alışıb yandığını isbatlayır. Əlbəttə ki, yanmaq istəyirlərsə, Azərbaycan Ordusu erməni terroçularının bu arzularını gerçəkləşdirməyi yaxşı bacarır və onları cəhənnəmə vasil edir. Məhz elə bu gün Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda Azərbaycan Ordusu tərəfindən Ermənistanın 4 hərbçisinin məhv edildiyi, birinin isə yaralandığı qeyd olunub. Çox güman ki, Ermənistan hakimiyyəti həmişə olduğu kimi bu dəfə də itkilərinin sayını gizlədir. Bunu erməni mediasında məhv edilən terrorçuların sayının daha çox olma ehtimalı ilə bağlı yayılan məlumatlar da təsdiqləyir.
Digər tərəfdən isə erməni dezinformasiya maşını Ermənistanın bütün anti-humanist fəaliyyətlərini Azərbaycanın üzərinə atmağa çalışır. Bütün dövrlərdə Azərbaycana qarşı qara propaqanda-qarayaxma ilə məşğul olan erməni terrorçuları bu gün də rəşadətli Ordumuzu mülki obyektləri vurmaqda ittiham edir. Yaxın keçmişimizə və bu günə nəzər saldıqda görərik ki, uşaq qatili olan Ermənistan Respublikası hər zaman azərbaycanlı mülki əhaliyə qarşı soyqırımı aktları törədib, yaşayış məntəqələrimizi atəşə tutub, ərazilərimizi beynəlxalq miqyasda qadağan olunmuş sursatlar və minalarla çirkləndirib. Hətta 44 günlük Vətən müharibəsində dinc insanların kompakt yaşadığı məkanlara qadağan olunmuş mərmilər atılması terror aktı deyilmi?
Azərbaycan hərbçisinin ayaq səslərini eşidərək tutduqları mövqeləri qoyub qaçan təxribatçılar döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini həmişə mülki vətəndaşlarımızı atəşə tutmaqla çıxmağa çalışıblar. Bəs həmin vaxtı niyə Fransanın və ya Qərbin hər hansı bir rəsmisi “Mülki əhaliyə silah tuşlanılması qəbuledilməzdir” deyə bəyanat vermədi? Niyə Qarabağda separatçıların girovuna çevrilən bir ovuc erməninin “blokada şousu”na dəstək nümayiş etdirənlər 30 il ərzində işğala və soyqırıma məruz qalan Azərbaycan xalqının səsini eşitmədilər? Niyə 30 ildir Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınmasına susdular?
Artıq bütün dünya və xüsusilə də erməni lobbisinin oyuncağına çevrilmiş fransız diplomatları anlamalıdırlar ki, bölgədə yeni reallıqlar yaranıb. Bölgədə söz sahibi olan yegənə ölkə Azərbaycan Respublikasıdır, terroru dəstəkləyən Ermənistan deyil. Bir sözlə, hər bir təxribatın layiqli və adekvat cavabı var. Düşmən qüvvələrə hər zaman həddini bildirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi DƏMİR YUMRUQ YERİNDƏDİR!!!
Nəriman Nəcəfov