Ermənistan Müdafiə Nazirliyi iki hərbçinin mühəndis işlərini yerinə yetirərkən baş verən partlayış nəticəsində öldüyünü bildirib.
Bu barədə NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, dünən saat 17:30 radələrində mühəndis işləri - yol tikintisi zamanı partlayış baş verib. Ölənlər mayor Arman Rubikoviç Babacanyan və əsgər Artur Haykoviç Poqosyandır.
Hadisənin başvermə şəraiti araşdırılır.