Rusiyanın Azərbaycan ərazisindəki sülhməramlı kontingentinin komandanı dəyişib

A- A A+

Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.

Bu barədə NUHÇIXAN Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.

Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.

Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: