Azərbaycanın xarici işlər naziri Xorvatiyaya rəsmi səfərə yola düşüb

A- A A+

Sentyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN-a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramov ilə Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksəkvəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı həmçinin nazir Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirakı və çıxışı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: