Ulu öndər Heydər Əliyevin 95 illiyi Yaponiyada qeyd edilib

352

NUHÇIXAN xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar ölkəmizin Yaponiyadakı səfirliyində tədbir keçirilib.

Tədbirdə Yaponiya Xarici İşlər Nazirliyinin, ictimai-siyasi dairələrin, şirkətlərin, elmi mərkəzlərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyatına və dövlətçilik fəaliyyətinə, eləcə də Azərbaycan-Yaponiya əlaqələrinin inkişafına xüsusi töhfə vermiş rəsmi səfərinə həsr edilən fotosərgi ilə tanış olublar.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək Ulu Öndərin həyatı və dövlətçilik fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olmasında əvəzsiz xidmətləri barədə məlumat verib.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya tarixi səfəri haqqında söhbət açan səfir həmin səfərin iki ölkə arasında münasibətlərin əsasını qoyduğunu, əməkdaşlığın inkişafı və gücləndirilməsi istiqamətində böyük rol oynadığını xüsusi vurğulayıb.

Tədbirdə 2002-2005-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş Toşiyuki Fucivara çıxış edərək ölkəmizdəki fəaliyyəti, Ümummilli Lider ilə görüşləri haqqında xoş təəssüratlarını bölüşüb. Qeyd edib ki, Heydər Əliyev Azərbaycanın inkişafında, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsində, beynəlxalq arenada güclü mövqe tutmasında çox böyük rol oynayıb. T.Fucivara Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin sürətli inkişafı, həmçinin Azərbaycan və Yaponiya arasında münasibətlərin müxtəlif sahələrdə dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlərini də qeyd edib.

Sonra Ümummilli Liderin çoxşaxəli və genişmiqyaslı dövlətçilik fəaliyyəti haqqında “Əbədiyyət yolu” adlı film nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: