Azərbaycan XİN Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanat yayıb

A- A A+

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanat yayıb.

NUHÇIXAN xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir. Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.

Bu meyarlara cavab vermədiyi üçün Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in, ümumiyyətlə, heç bir qanuni qüvvəsi yoxdur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: