Hikmət Hacıyev: "Bakı İrəvandan təcili danışıqların aparılması ilə bağlı təklif almayıb"

A- A A+

Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqların aparılması ilə bağlı təklif almayıb.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters"ə açıqlamasında bildirib.

Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra ölkələrin liderləri ilə telefon danışığında Azərbaycan Prezidenti İlham Əliyevlə "təcili görüşün" keçirilməsini istədiyini deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: