Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

A- A A+

Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, nazir qonaqları salamlayaraq, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib.

Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb.

Öz növbəsində Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: