Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri barədə xarici jurnalistlərə məlumat verib

A- A A+

Azərbaycanın regional, beynəlxalq sülh və inkişaf təşəbbüsləri haqqında xarici jurnalistlərə məlumat verilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X"-də paylaşım edib.

O, İsveçrəyə səfəri zamanı BMT-də akkreditə olunmuş jurnalistlərin assosiasiyası üçün brifinq verməkdən məmnun olduğunu söyləyib. Həmçinin, regiondakı reallıqları düzgün və peşəkar şəkildə anlamaq və çatdırmaq üçün medianın məsuliyyətini vurğulayıb.

"İsveçrəyə səfərim zamanı BMT-də akkreditə olunmuş jurnalistlərin assosiasiyası üçün brifinq verməkdən məmnun oldum. Brifinqdə Azərbaycanın regional, beynəlxalq sülh və inkişaf təşəbbüsləri haqqında məlumat verilib. Regiondakı reallıqları düzgün və peşəkar şəkildə anlamaq və çatdırmaq üçün medianın məsuliyyəti vurğulanıb", - paylaşımda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: