Hərbçimiz Nihad Namazov Qovlar şəhərində torpağa tapşırılıb - FOTOLAR

A- A A+

Sentyabrın 13-də hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçumuz Nihad Namazovun nəşi bu gün ailəsinə təhvil verilib.

NUHÇIXAN xəbər verir ki, şəhid Nihad Namazovla vida mərasimində onun dostları, sinif yoldaşları, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

Nihad Namazov Tovuz rayonu Qovlar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Dövlət Himni səsləndirildikdən sonra hərbçinin tabutuna örtülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

Qeyd edək ki, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: