Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb

A- A A+

Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: