Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

A- A A+

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə NUHÇIXAN-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: