İtkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş daha 10 nəfərin adı açıqlanıb

A- A A+

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin adı açıqlanıb.

NUHÇIXAN-ın məlumatına görə, adları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommisiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı sadalayıb.

Onlardan 9 nəfəri hərbçi, 1 nəfəri isə mülki şəxsdir.

Həmin şəxslər aşağıdakılardır:

Tahirov Seyfulla Veytulla oğlu

Atamoğlanov Əbülfət Sabir oğlu

Hacıyev Təhsil Fikram oğlu

Əsədov Vüqar Habil oğlu

Babaşov Əhməd Tahir oğlu

Xələfov Cahangir Məmi oğlu

Nağıyev Cahid Şəfa oğlu

Məmmədov Elmar İnqilab oğlu

Qasımov Veysəl Qasım oğlu

Riad Əhmədov Fikrət oğlu

İ.Axundovun sözlərinə görə, ümumilikdə 3500-ə yaxın itkinin ailə üzvlərindən 10800-dək bioloji nümunə toplanaraq adiyyəti üzrə təhvil verilib: "Götürülmüş bioloji nümunələrin hər birindən ötən illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalında yeni yaradılmış genetik laboratoriyada genetik profilləri çıxarılaraq arxivləşdirilib. Müəyyən səbəblərdən layihədən kənar qalan ailələr üzrə bioloji nümunələrin götürülməsi işi qanunvericiliklə müəyyən edilmiş silahlı münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin meyit qalıqlarının molekulyar genetik analizlərini həyata keçirən müvafiq qurum tərəfindən davam etdirilir. Mütəxəssislərimiz tərəfindən 25 nəfərin eyniləşdirilməsi mümkün olub. Onlardan 15 nəfəri barədə artıq məlumat verilib. Daha 10 nəfəri barədə isə bu gün məlumatları açıqladıq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: